back

Reytinq uşaqlar üçün ən yaxşı qacetlər

19 September 2014

Valideyn telefonunda və ya planşetində oynamaqla müasir uşaqlar daha tez öyrənir, nəinkirəngli qələm və kağızdan istifadə edərək. Qacetlərin ziyanı və faydası haqqında sonsuz mübahisə etmək olar, lakin çətin ki onların çoxunun artın gündəlik həyatda kök atması faktını kimsə inkar etsin. Bəzi qacetlər uşaqların inkişafında, digərləri təhsildə kömək edir, üçüncülər isə uşaqla daimi əlaqəni təmin edir. Ona görə də müasir valideynlərin məsələsi müasir elektron qurğuların faydalı və şirnikləşdirici tərəfləri arasında optimal balansı müəyyən etməkdən ibarətdir.

4-cü yer: elektron teleskop

Belə qacetlə uşağınız özünü kosmosun naməlum dərinliklərinin tədqiqatçısı hiss edə bilər. Məşhur olan və bütün ataların həddindən artıq sevdiyi analoji teleskoplardan fərqli olaraq, elektron teleskoplar nəinki ulduzlu səmanın gözəlliyindən zövq almaq, həm də düşən ulduzu, xüsusilə də gözəl bürcü dərhal fotoşəklini çəkmək imkanını verəcək.
Üstəlik bu qacetlər müstəqil şəkildə kontrollerin yaddaşına ötürülmüş minlərlə obyektin üzərinə tuşlana bilir.  
Elektron teleskop uşağınızın gözəl motivasiyası və həyata mütləq ulduzlara can atmaq və yalnız ək yüksək zirvələr çatmaq haqqında xatırlamadır.

3-cü yer: USB mikroskopudur

Xırda əşyaların əyləncəli dünyasında üzməyə uşağınıza elektron mikroskoplar kömək edəcək. USB mikroskopları adi gözlə çətin görülə bilən obyektlərin böyüdülməsi və kompüter monitorunda baxmaq üçün nəzərdə tutulmuş qurğulardır. Belə qacetlər az ölçülərə malikdir, onları uşağına iş masasında asanlıqla yerləşdirmək olar və obyektləri yüz və min dəfə böyütməyə imkan verir. Belə mikroskopla biologiya dərsləri həqiqətən əyləncəli olacaq. USB mikroskopları uşaqlarda seyr etməyə sevgi yaratmaya kömək edəcək və onlara «həqiqət detallardadır» ifadənin həqiqi mənasını əyani şəkildə sübut edəcək.

2-ci yer: Planşet

Ikinci yer planşetlərqərar tutdu. Son zamanlar məhz bu qurğuları tez-tez ən kiçik uşaqların həm də yeniyetmələrin əlində görmək olar. Balacalara planşetlər əlin kiçik motorikasının inkişafında kömək edəcək. Yeniyetmələr musiqi dinləyə, interneti öyrənmə üçün faydalı məlumat axtarışında eşəliyə, dərk etdirici dokumental filmlərə və video-dərslərə baxa biləcəklər. Valideynlər üçünsə PocketBook -dan KidRead kimi xüsusi proqramlar vasitsi ilə  uşaqların planşetdə fəaliyyətini nəzarət etmək asan olacaq.  Müasir planşetlərin çoxu gözəl fotoşəkil çəkməyə imkan verən yaxşı kameralarla təchiz edilib. Uşağınıza özünü fotoqraf hiss etməyə imkan verin! Belə qurğular yeniyetmələrdə yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün faydalı olacaq.

1-ci yer: elektron E Ink rideri

Elektron riderinin reytinqin lideri olması təsadüf deyil. Bu qurğular oxumağa məhəbbəti lap erkən yaşdan oyadılmasına kömək edəcək.  E Ink displeyləri sayəsində riderlər göz üçün tamamilə təhlükəsizdir.  Uşaq qurğunu öz istəyinə uyğun olaraq sazlamaq, şriftləri  tənzimləmək, riderə təzə maraqlı kitabları yükləmək imkanını əldə edir. Çəkisi cəmi 190 qram olan cihazın (devays-ın) öz yaddaşı 2000 kitabın saxlanması üçün kifayətdir, bu isə 12 illik təhsilin bütün ədəbiyyatıdır. Kompakt (yığcam) və mobil riderlər daim hərəkətdə olan uşaq və yeniyetmələr üçün ideal yol yoldaşıdır. Yığcam ölçü və erqonomik dizayn sayəsində kitabları nəqliyyat vasitəsində olarkən yaxud da gəzinti zamanı oxumaq olar. PocketBook qurğuları ədəbiyyatı bütün tanınmış mətn formatlarında oxumağa imkan verir, qabaqcadan quraşdırılmış lüğətlər isə xarici dillərin öyrənilməsində yaxşı dayaq olacaq.  Əgər öyrənmə zamanı fasilə etməyin vaxtı gəlibsə, bir qədər yayınmaq üçün sudoku və ya ilancıq oyunları kömək edəcək. Yekun vursaq elektron rideri inkişaf və dərk etmə üçün maksimum imkanlar verir və bununla yanaşı təhlükəsizliyə zamin olur!

Yeni texnologiyalara müqavimət göstərmək deyil, onları uşaqlar üçün və onların inkişafı üçün maksimal fayda ilə istifadə etmək vacibdir. Müasir uşaqlar hər cür qacetlərlə maraqlanır, bu maraqdan uşağı maraqlandırmaq və ona təhsildə yardım etmək üçün istifadə etmək olar və hətta etmək lazımdır.